--:--:-- | 05 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi: 12 maddəlik qanun layihəsi parlamentə təqdim olundu

Aysel Əlibəyli 04 Avqust 2026 · 20:48 1008 baxış

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanmış 12 maddəlik qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim edilib.

Elpress.az xəbər verir ki, “Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi” adlı çərçivə sənədi terrorla mübarizə və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yeni hüquqi mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Məlumata görə, layihə AK Partiya tərəfindən hazırlanıb. Sənədə MHP sədri Dövlət Baxçalı və TBMM sədri Numan Kurtulmuş da imza ataraq dəstəklərini ifadə ediblər. Qanun layihəsinin AK Partiya, MHP və DEM Partiyasının birgə imzası ilə parlamentə təqdim olunduğu və yaxın günlərdə səsverməyə çıxarılacağı gözlənilir.

Bildirilib ki, layihə ümumi əfv xarakteri daşımır və terror təşkilatlarının rəhbərlərinə xüsusi hüquqi status nəzərdə tutmur. Sənədə əsasən, qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən şəxslər müəyyən edilmiş müddət ərzində rəsmi qaydada müraciət etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrükdə silah-sursat və strateji mallar üçün yeni qaydalar

Next Article

İran və Oman Hörmüz boğazında yeni mərkəzi marşrut üzərində işləyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Aysel Əlibəyli 31 İyul 2026 · 12:56 1024 baxış Avstriyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək Elpress.az xəbər verir ki, Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar paketini təsdiqləyib.Qanun layihəsinə […]

Konqoda Ebola qurbanlarının sayı artır

Aysel Əlibəyli 19 İyul 2026 · 17:19 1030 baxış Konqoda Eboladan ölənlərin sayı 893 nəfərə çatdı Elpress.az xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində həyatını itirənlərin sayı 893 nəfərə yüksəlib. Məlumata görə, […]

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Aysel Əlibəyli 04 İyul 2026 · 23:07 1050 baxış İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi intensiv hava hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir. Elpress.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, martın […]

Qırğızıstan XİN başçısı Türkiyəyə səfər edəcək

Aysel Əlibəyli 30 İyun 2026 · 18:26 1108 baxış Türkiyə ilə əlaqələri inkişaf etdirən Qırğızıstanın xarici siyasət rəhbəri rəsmi görüşlər keçirmək üçün qardaş ölkəyə səfər hazırlığı görür. Elpress.az xəbər verir ki, Qırğızıstanın xarici işlər naziri […]