Ukraynanın Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirdiyi bildirilir.
Elpress.az xəbər verir ki, yayılan məlumatlarda hücumun Kiyev ərazisindəki körpülərə endirilən zərbələrə cavab olaraq təşkil edildiyi iddia olunur.
Hücum zamanı hədəfə alınan obyektlər arasında şəhərin şimal və cənub hissələrini Finlandiya körfəzi üzərindən birləşdirən, uzunluğu 320 metr olan Korabelnı körpüsünün də olduğu bildirilir.
Hadisənin nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat verilməyib.


