--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Gürcüstan Dəmir Yollarının sabiq rəhbəri axtarışa verildi

Aysel Əlibəyli 16 İyun 2026 · 15:23 132 baxış

Gürcüstan Dəmir Yollarında baş verən böyük korrupsiya işi ilə bağlı aparılan araşdırmalar nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Gürcüstan Dəmir Yollarının sabiq baş direktoru Davit Peradze böyük korrupsiya işi üzrə axtarışa verilib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, şirkətin əmlaklarının qanunsuz mənimsənilməsi ilə bağlı aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Araşdırmalar zamanı müəyyən olunub ki, iş üzrə iki şəxsə qiyabi ittiham irəli sürülüb və onlar barəsində beynəlxalq axtarış tədbirləri həyata keçirilir. Həmin şəxslərdən biri 2017-2024-cü illərdə Gürcüstan Dəmir Yollarına rəhbərlik etmiş Davit Peradzedir.İstintaqın məlumatına əsasən, Peradze 2019-cu ilin payızında şirkətə məxsus iri həcmdə əmlakların qanunsuz şəkildə ələ keçirilməsi məqsədilə mütəşəkkil cinayətkar qrup yaradıb. İddialara görə, qrup əvvəlcədən hazırlanmış sxem əsasında dəmir yolu müəssisəsinə məxsus metallom tullantılarını real həcmi müəyyən edilməyəcək formada toplayıb, daşıyıb, emal edib və müxtəlif şirkətlər vasitəsilə qanunsuz şəkildə rəsmiləşdirib.Nəticədə ümumi çəkisi 22 min 120 ton olan metal qırıntısının qanunsuz mənimsənildiyi, daha sonra isə leqallaşdırılaraq 17 milyon 391 min 121 lari məbləğinə satıldığı bildirilib. Əldə olunan gəlirin isə cinayətkar qrup üzvləri arasında bölüşdürüldüyü qeyd olunub.Bundan əlavə, istintaq zamanı 2022-ci ildə Gürcüstan Dəmir Yolları ilə “Raveldi” MMC arasında bağlanmış, dəyəri 999 min 768 ABŞ dolları olan relslərin təmiri müqaviləsində də maliyyə pozuntularının aşkar edildiyi açıqlanıb. Təhvil-təslim sənədlərində iş həcmlərinin süni şəkildə artırıldığı müəyyən olunub.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Gürcüstan DTX cinayətkar sxemin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir. İttiham olunan şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

44 yaşlı usta emalatxanada həyatını itirdi

Next Article

“Sabah”ın sabiq futbolçusu Azərbaycana dönüş qapısını açıq saxlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:06 26 baxış Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ABŞ humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə genişmiqyaslı hərbi qüvvə cəlb edib. Elpress.az xəbər verir ki, ABŞ Müdafiə […]

Tramp: 159 milyardlıq tariflər geri qaytarıla bilər

Elşən 25 Aprel 2026 · 06:56 69 baxış ABŞ-ın United States Supreme Court qərarından sonra hökumətin əvvəllər topladığı 159 milyard dollar həcmində tarif vəsaitlərini geri qaytarmalı ola biləcəyi iddia edilir. Bu barədə ABŞ-ın keçmiş prezidenti […]

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 22 baxış Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində […]

Merz: Ukraynanın Aİ-yə üzvlüyü yaxın deyil

Elşən 25 Aprel 2026 · 07:10 67 baxış Friedrich Merz jurnalistlərə açıqlamasında bildirib ki, Ukraine-nın yaxın vaxtlarda Avropaa İttifaqına tam hüquqlu üzv kimi qoşulması hazırda real görünmür. Elpress.az-ın Trend.az a istinadən verdiyi xəbərə görə, o […]