--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Cevdet Yılmaz: Türkiyəyə yeni mülki Konstitusiya lazımdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:08 1106 baxış

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin hərbi çevrilişlər dövründə qəbul edilən Konstitusiyadan imtina etməsinin vacibliyini vurğulayıb.

Elpress.az məlumat verir ki , Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “24 TV” telekanalına müsahibəsində bildirib ki, ölkənin yeni və mülki Konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, Türkiyə hərbi çevrilişlər dövründə qəbul edilmiş Əsas Qanunla fəaliyyətini davam etdirməməlidir.Yılmaz xatırladıb ki, ölkənin son iki Konstitusiyası 27 may 1960-cı il və 12 sentyabr 1980-ci il hərbi çevrilişlərindən sonra qəbul olunub. O bildirib ki, yeni Konstitusiya Türkiyənin müasir inkişaf perspektivlərini və cəmiyyətin gözləntilərini əks etdirməlidir.Vitse-prezident qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) daxilində yeni Konstitusiya layihəsi ilə bağlı 20-dən çox müzakirə keçirilib. Onun sözlərinə görə, bu proses heç bir siyasi qüvvənin inhisarında olmamalıdır.Cevdet Yılmaz müxalifət partiyalarını da yeni Əsas Qanunun hazırlanması prosesində fəal iştirak etməyə çağıraraq parlamentdə geniş siyasi razılığın əldə edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Türkiyənin sonda mülki Konstitusiyanın qəbuluna nail olacağına inanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranın PUA hücumu zamanı 6 ABŞ hərbçisi ölüb, 60-dan çoxu yaralanıb

Next Article

BMU komandası nazirliyin proqramında birinci oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Ermənistana yeni qadağa tətbiq etdi

Aysel Əlibəyli 24 İyul 2026 · 11:51 1104 baxış Rusiya iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq Elpress.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən etibarən Ermənistandan süd […]

Paşinyan yenidən Baş nazir təyin olundu

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:36 1080 baxış Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Baş nazir təyinatı haqqında fərman imzalayıb Elpress.az xəbər verir ki, Ermənistanda keçirilən parlament seçkilərindən sonra formalaşan yeni siyasi mərhələdə […]

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:01 1108 baxış ABŞ Prezidenti Donald Trump Türkiyənin yaxın vaxtlarda Lockheed Martin F-35 Lightning II qırıcılarını əldə edəcəyini açıqlayıb. Elpress.az məlumat verir ki, Donald Tramp bu açıqlamanı Ankarada keçirilən […]

İranda 4,5 bal gücündə zəlzələ baş verib

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:47 1060 baxış İranda baş verən zəlzələ üç vilayətdə hiss olunub Elpress.az xəbər verir ki, İranın Xuzistan vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.Zəlzələ səhər saatlarında Hüseyniyyə şəhəri yaxınlığında […]