--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:07 1048 baxış

Hökumət yeni vergi ilə bağlı sənədin qərar olmadığını açıqlayıb, məlumat sızması araşdırılır

Elpress.az xəbər verir ki, Fransada 2027-ci il Sosial Təminat Büdcəsinin hazırlanması çərçivəsində əməkdaşların topladığı əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı təklifin mətbuata sızması siyasi mübahisələrə səbəb olub.İqtisadiyyat naziri Rolan Lekür belə bir variantın hökumət tərəfindən nəzərdən keçirildiyini təsdiqləsə də, məsələ ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini bildirib.Baş nazir Sebastyən Lökornü isə yayılan məlumatların hökumətin rəsmi mövqeyini əks etdirmədiyini deyib. Baş nazirin kabineti sənədin qərar deyil, müxtəlif administrasiyalar tərəfindən hazırlanan iş materialı olduğunu açıqlayıb. Bildirilib ki, təkliflər dəyişdirilə, qəbul oluna və ya tamamilə rədd edilə bilər.Məlumat sızması ilə bağlı Baş nazirin kabineti hüquq-mühafizə orqanlarına müraciət edib. Hökumət hesab edir ki, belə sənədlərin yayılması iqtisadi proseslərə təsir göstərə, şirkətləri və vətəndaşları yanlış məlumat əsasında maliyyə qərarları qəbul etməyə yönəldə bilər. Sızma zamanı mümkün etimaddan sui-istifadə və peşə sirrinin pozulması hallarının olub-olmadığının araşdırılması da istisna edilmir.Bununla yanaşı, hökumətin gündəmində işçilərin artıq topladıqları vəsaitlərdən daha sərbəst istifadə etməsinə imkan verilməsi ilə bağlı təklifin olduğu bildirilir. Bu çərçivədə 5 min avroyadək əmanətin müvəqqəti çıxarılmasının asanlaşdırılması nəzərdən keçirilir.Rolan Lekür də baş nazirin daha əvvəl əlavə vergi və vergilərin artırılmasına qarşı olduğunu açıq şəkildə ifadə etdiyini xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Ermənistan sərhədin delimitasiyasını şimaldan cənuba aparacaq

Next Article

“Möminə Xatun” klubunun adı dəyişdirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tacikistanda yeni qadağalar tətbiq edildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:28 1074 baxış Tacikistan hicab, saqqal və bəzi geyimlərlə bağlı məhdudiyyətləri gücləndirib Elpress.az xəbər verir ki, Tacikistan hakimiyyəti qara hicabın, saqqalın və ərəb üslubunda geyimlərin istifadəsinə qarşı yeni məhdudiyyətlər […]

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:22 1066 baxış Türkiyə hökuməti Qara dənizdə hücumların artması fonunda Boğazlardan kommersiya gəmilərinin keçidinə nəzarəti sərtləşdirib Elpress.az xəbər verir ki, Türkiyə Qara dənizdə Rusiya və Ukrayna ilə əlaqəli gəmilərə […]

İran ABŞ aviabazasını vurdu

Aysel Əlibəyli 18 İyul 2026 · 15:39 1074 baxış SEPAH ABŞ-ın İordaniyadakı aviabazasına zərbə endirdiyini açıqladı Elpress.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən aviabazasına raket və pilotsuz […]