--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Aysel Əlibəyli 04 İyul 2026 · 08:50 1056 baxış

Elpress.az xəbər verir ki, Fransa Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbi texnika və qüvvələr yerləşdirib.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərilib. Onun sözlərinə görə, bu qüvvələr beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və dəniz daşımalarının normal rejimdə bərpasına dəstək verəcək.

Makron qeyd edib ki, bölgədəki son proseslər fonunda Fransanın hərbi qüvvələrinin yerləşdirilməsində də dəyişiklik edilib. Belə ki, Charles de Gaulle (R91) Tulon limanına qayıdır, digər hərbi vasitələr isə ehtiyac yarandığı halda əməliyyatlara cəlb olunmaq üçün Yaxın Şərqdə saxlanılır.

Fransa lideri, həmçinin ABŞ və İran arasında iyunun 17-də əldə olunmuş anlaşmanın regional sabitlik üçün mühüm addım olduğunu vurğulayıb və ölkəsinin təhlükəsizlik vəziyyətinə uyğun şəkildə hərbi fəaliyyətini davam etdirəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Next Article

Türkiyədə səfərdə olan Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xi Jinping Şimali Koreyaya nadir səfər edir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:07 1124 baxış Xi Jinping gələn həftə Şimali Koreyaya səfər edəcək və bu, təxminən 7 ildən sonra onun ilk səfəri olacaq. Səfər çərçivəsində o, Kim Jong Un ilə görüşəcək. […]

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Aysel Əlibəyli 07 İyun 2026 · 13:51 1068 baxış Pakistanın daxili işlər naziri feldmarşal Asim Munir tərəfindən hazırlanmış xüsusi məktubu İran tərəfinə rəsmi şəkildə təqdim edib. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran […]

Rusiya paytaxtı dron və raketlərlə vurdu!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:32 1072 baxış Ötən gecə Rusiya ordusu tərəfindən təkcə Kiyev istiqamətinə 60-dan çox raket buraxılıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkə daxilində həyata keçirdiyi son kütləvi və amansız hava […]