--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Ərdoğan mənim xahişimə görə İsrailə qarşı müharibəyə qoşulmadı”

Aysel Əlibəyli 08 İyul 2026 · 14:58 30 baxış

ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq niyyətində olduğunu, lakin onun xahişi ilə bu qərardan geri çəkildiyini iddia edib.

Elpress.az-ın məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp bu fikirləri Mark Rutte ilə keçirdiyi görüş zamanı səsləndirib. O, Ərdoğanla münasibətlərinin yaxşı olduğunu vurğulayaraq Türkiyə liderinin İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq istədiyini, lakin onun şəxsi xahişindən sonra bu addımı atmadığını bildirib.Tramp qeyd edib ki, Ərdoğan onu yüksək səviyyədə qarşılayıb və aralarında qarşılıqlı hörmət mövcuddur. Onun sözlərinə görə, Benjamin Netanyahuın Türkiyə və Ərdoğan barədə sərt açıqlamalarından sonra vəziyyət daha da gərginləşib. ABŞ prezidenti bildirib ki, Türkiyə hərbi baxımdan güclü ölkədir və müharibəyə qoşulmaq istəsəydi, regionda vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf edə bilərdi. O, həmçinin vurğulayıb ki, Ərdoğanın müharibəyə qoşulmamasında əsas rol onun etdiyi müraciət olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Next Article

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 82 baxış Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt […]

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 18 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]