--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Moskva Ermənistan mənşəli çiçəklərin reeksportunu araşdırır

Aysel Əlibəyli 17 İyul 2026 · 15:54 1078 baxış

“Rosselxoznadzor” İrandan Rusiyaya ixrac edilən çiçəklərlə bağlı fitosanitar sertifikatlaşdırmanın dayandırılmasını istəyib

Elpress.az xəbər verir ki , Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) İrandan Rusiyaya ixrac edilən çiçəklərlə bağlı fitosanitar sertifikatlaşdırmanın müvəqqəti dayandırılmasını təklif edib.Qurumun yaydığı məlumata görə, 2026-cı ildə İrandan Rusiyaya idxal olunan çiçəklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Sənədlərdə məhsulların mənşə ölkəsi İran kimi göstərilsə də, onların görünüşü və qablaşdırılmasının əvvəllər Ermənistandan gətirilən çiçəklərlə eynilik təşkil etdiyi bildirilib.“Rosselxoznadzor” qeyd edib ki, 22 may 2026-cı il tarixindən Ermənistandan Rusiyaya çiçək idxalına müvəqqəti qadağa tətbiq olunub. Qurum hesab edir ki, mövcud vəziyyət Ermənistan mənşəli çiçəklərin İran ərazisi vasitəsilə Rusiyaya reeksport edilməsi ehtimalını yaradır.Bildirilib ki, məsələ ilə bağlı İranın Bitki Mühafizəsi Təşkilatına əvvəlcədən məlumat verilsə də, qarşı tərəfdən cavab alınmayıb. Bu səbəbdən “Rosselxoznadzor” ikitərəfli danışıqlar başa çatana və məsələyə tam aydınlıq gətirilənədək Rusiyaya ixrac ediləcək çiçəklərin fitosanitar sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.Qurum vurğulayıb ki, görülən tədbirlər Rusiyanın və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin fitosanitar təhlükəsizliyinin qorunmasına xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda kişi ailə münaqişəsindən sonra evini yandırdı

Next Article

Bayramov: Mürəkkəb mərhələ geridə qaldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Böyük Britaniyada daimi iş yerləri kəskin azaldı

Aysel Əlibəyli 08 İyun 2026 · 20:08 1182 baxış Böyük Britaniyada işəgötürənlər qlobal və ölkədaxili qeyri-müəyyənliyin artması səbəbindən daimi işçi qəbulu planlarını ya gecikdirir, ya da tamamilə dayandırırlar. KPMG və İşə Qəbul və Məşğulluq Konfederasiyasının […]

Netanyahudan İran bəyanatı

Aysel Əlibəyli 03 Avqust 2026 · 23:07 1060 baxış Netanyahu: İran artık əvvəlki gücündə deyil, çox ağır zərbə alıb Elpress.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu “CBS News” telekanalına verdiyi müsahibədə İranla bağlı […]

Hörmüz boğazında yeni dəniz dəhlizi yaradılacaq

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:45 1060 baxış İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması barədə razılığa gəlib. Elpress.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xarici işlər […]

Aİ sərhədlərində fiziki maneələr təklifi

Aysel Əlibəyli 03 Avqust 2026 · 23:11 1068 baxış Fon der Lyayen Seuta böhranından sonra Aİ-nin xarici sərhədlərinin sərtləşdirilməsinə çağırdı Elpress.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Seutada yaşanan kütləvi miqrasiya […]