--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Astana TRASEKA-nın diqqət mərkəzində: tranzit əməkdaşlığında yeni mərhələ başladı

Elşən 15 May 2026 · 08:53 43 baxış

Qazaxıstanın Astana şəhərində TRASEKA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı təşkil olunub.

Elpress.az-ın Azərtac-a istinadən verdiyi məlumata əsasən, tədbirdə üzv dövlətlərin nümayəndələri, TRASEKA-nın Daimi Katibliyinin təmsilçiləri, müşahidəçi ölkələr, eləcə də beynəlxalq qurumlar və tərəfdaş təşkilatlar iştirak edirlər.

Müzakirələr zamanı beynəlxalq nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, region ölkələrinin tranzit imkanlarının artırılması və TRASEKA çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi diqqət mərkəzində olacaq.

Toplantı çərçivəsində təşkilata sədrliyin Qazaxıstana verilməsi, nümayəndə heyəti rəhbərlərinin çıxışları, nəqliyyat və tranzit sahəsinə dair sənədlərin imzalanması, həmçinin TRASEKA Daimi Katibliyinin yeni Baş katibinin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, TRASEKA Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişafına dair Əsas Çoxtərəfli Sazişə qoşulmuş 14 ölkəni birləşdirən beynəlxalq proqramdır. Bu ölkələr sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah bəzi rayonlarda qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Next Article

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İŞİD-in yüksək səviyyəli liderlərindən biri Suriyada öldürüldü

Aysel Əlibəyli 24 İyun 2026 · 19:31 14 baxış Suriyada keçirilən əməliyyatda İŞİD liderlərindən biri məhv edilib ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində həyata keçirdiyi hava əməliyyatı nəticəsində İŞİD-in yüksək rütbəli liderlərindən birinin öldürüldüyünü açıqlayıb.Məlumata […]

Gürcüstanda koronavirusa yoluxma qeydə alınıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:15 32 baxış Gürcüstanda son üç həftə ərzində koronavirus infeksiyasına yoluxma halları laborator müayinələrin nəticələri ilə təsdiqlənib. Elpress.az-ın məlumatına əsasən, Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru […]

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 50 baxış Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı […]