--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Almaniyada “aclıq daşları” üzə çıxdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:16 1056 baxış

Anomal istilər çayları qurudur: Almaniyada su səviyyəsi kritik həddə düşüb

Elpress.az xəbər verir ki, Almaniyanın Saksoniya torpağında havaların həddindən artıq isti keçməsi çaylarda suyun səviyyəsinin kəskin azalmasına səbəb olub.Suyun çəkilməsi nəticəsində çay yataqlarında əvvəlki quraqlıq dövrlərindən qalan və “aclıq daşları” kimi tanınan nişanlı daşlar yenidən görünməyə başlayıb. Bu daşların üzərində müxtəlif illərdə baş vermiş quraqlıqların izləri və tarixləri qeyd olunub.Mütəxəssislər belə daşların üzə çıxmasını quraqlığın ciddi həddə çatmasının göstəricilərindən biri hesab edir və vəziyyətin gələcəkdə məhsul qıtlığı riskini artıracağından narahatlıq bildirirlər.Elba çayında aşkar olunan daşlardan birinin üzərində son üç əsrdə baş vermiş quraqlıq illərinin tarixlərinin həkk olunduğu qeyd edilir. Oxşar mənzərənin Reyn, Şpree və Dunay çaylarında da müşahidə olunduğu bildirilir.Düsseldorf yaxınlığında Reyn çayında suyun səviyyəsinin 14 santimetrə qədər enərək rekord göstəriciyə çatdığı açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Patriot” istehsalçıları Ukrayna lisenziyasından narahatdır

Next Article

Kosovoda deputat Baş nazirə yumurta atdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1108 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:16 1052 baxış Qazaxıstan Rusiya vətəndaşları üçün elektron giriş icazəsi tətbiq edir Elpress.az xəbər verir ki, Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını dəyişir. Yeni tələblərə əsasən, rusiyalıların Qazaxıstana səfər […]

Ukraynanın istefa vermiş Baş prokuroru ölkəni tərk edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:45 1058 baxış Ruslan Kravçenko xidməti avtomobillə xarici ezamiyyətə gedib Elpress.az xəbər verir ki, Ukraynanın istefa vermiş Baş prokuroru Ruslan Kravçenko xidməti avtomobillə ölkəni tərk edərək xaricə gedib.Məlumata görə, […]