--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rezidenturaya qəbulun II mərhələsi üçün qeydiyyat başlayır – Tarixlər açıqlandı

Aysel Əlibəyli 22 İyul 2026 · 16:41 1097 baxış

Elpress.az xəbər verir ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyən namizədlər üçün qeydiyyat prosesi iyulun 22-dən başlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, baza fənləri üzrə keçirilən I mərhələ imtahanında 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən namizədlər iyulun 30-u saat 23:59-dək “Şəxsi kabinet”lərinə tələb olunan məbləği əlavə etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunub ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.Bildirilib ki, I mərhələdə uğur qazanan tələbələr isə yalnız əsas (baza ali) tibb təhsilini tam başa vurduqdan və rezidenturaya qəbul hüququ əldə etdikdən sonra II mərhələ imtahanında iştirak edə biləcəklər.

DİM-in açıqlamasına görə, rezidenturaya qəbul imtahanının II mərhələsinin avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron formatda keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həbsxanaya narkotik aparan “kuryer pişik” tutuldu

Next Article

Müəllimlər üçün vahid geyim qaydası tətbiq ediləcək – yeni tələblər təsdiqlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Binəqədi RİH-də vəzifə dəyişiklikləri: yeni təyinatlar

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 13:31 1123 baxış Binəqədi Rayon İcra Hakimiyyətində bir neçə əməkdaşın vəzifəsi dəyişdirilib. Elpress.az xəbər verir ki, icra başçısı Elxan Allahverdiyevin imzaladığı əmrlərlə Namiq İbadzadə Xocəsən qəsəbəsi üzrə inzibati ərazi […]

XİN-dən Fransaya səfərlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 19:05 1066 baxış Fransada son günlər baş verən iğtişaşlar və zorakılıq halları ilə əlaqədar Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Elpress.az xəbər verir ki, Xarici İşlər Nazirliyi təhlükəsizlik […]

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:18 1082 baxış Elpress.az xəbər verir ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqlarında artım tətbiq edilib.Məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyeva səhiyyə işçilərinin sosial […]

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1070 baxış Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında […]