--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 60 baxış

Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

Bakı şəhərində yerləşən bağçalar üzrə qəbul isə iyulun 9-da saat 11:00-dan aktiv olacaq.

Elektron növbələr 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.Bu ildən etibarən qəbul prosesi ilk dəfə “myGov” platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr şəxsi kabinetlərinə daxil olaraq Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” elektron xidmətindən istifadə etməklə müraciətlərini göndərə biləcəklər.

Yeni qaydalara əsasən, hər bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkün olacaq. Növbə yaradıldıqdan sonra boş yer olduğu halda müraciət ən azı beş gündən sonra sorğuya çevriləcək. Sorğu təsdiqləndikdən sonra valideynlər yeddi gün ərzində tələb olunan sənədləri müvafiq bağçaya təqdim etməlidirlər. Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi halda sorğu ləğv olunacaq və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək.

Qeyd edilib ki, ötən tədris ilində yaradılmış elektron növbə və sorğular arxivləşdirilib və 2026–2027-ci tədris ili üzrə qəbul zamanı etibarlı hesab olunmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Next Article

Dəməşqdə partlayış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 14 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 10 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Aysel Əlibəyli 17 İyul 2026 · 00:09 16 baxış Bakı şəhər prokurorluğunda cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Elpress.az xəbər verir ki, müşavirədə cinayətkarlığa qarşı mübarizə, axtarışda olan və xəbərsiz itkin […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 10 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]