--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyədə tanınmış aktyor Erdal Beşikçioğlu həbs edildi

Aysel Əlibəyli 04 Avqust 2026 · 06:11 1026 baxış

Elpress.az xəbər verir ki, Türkiyənin Ankara şəhərinin Etimesgut bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu korrupsiya istintaqı çərçivəsində saxlanıldıqdan sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.

Məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərlik etdiyi Etimesgut bələdiyyəsində aparılan korrupsiya araşdırması çərçivəsində ümumilikdə 55 nəfər barəsində tədbir görülüb. Onlardan 40 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, Erdal Beşikçioğlu barəsində aparılan istintaq səbəbindən onun bələdiyyə sədri vəzifəsinin icrası müvəqqəti dayandırılıb. Ona qarşı cinayət məqsədilə təşkilat yaratmaq, dövlət qurumlarının fəaliyyətinə mane olmaq, tender proseslərinə müdaxilə, mənimsəmə və rüşvətxorluq kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Erdal Beşikçioğlu təkcə siyasətçi deyil, həm də Türkiyənin tanınmış aktyorlarından biri kimi geniş ictimaiyyət tərəfindən tanınır. Hazırda faktla bağlı istintaq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ sərhədlərində fiziki maneələr təklifi

Next Article

DSX-nin ehtiyata buraxılan polkovniki vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yağış mövsümü gecikəcək, fırtınalar isə daha güclü olacaq

Aysel Əlibəyli 20 Avqust 2026 · 08:34 1024 baxış Qlobal istiləşmə tropik bölgələrdə yağışlı mövsümün vaxtını dəyişməklə yanaşı, fırtınaların gətirdiyi yağıntıların daha intensiv olmasına səbəb ola bilər. Elpress.az xəbər verir ki, “Nature Geoscience” jurnalında yayımlanan […]

AAYDA-da yeni təyinat: Emin Quliyev müşavir oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:35 1022 baxış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin imzaladığı müvafiq əmrlə Emin Quliyev İdarə Heyəti […]