--:--:-- | 18 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kolleclərə ixtisas seçiminə start verildi – DİM vacib məqamları açıqladı

Aysel Əlibəyli 03 Avqust 2026 · 09:41 1050 baxış

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi prosesinə başlanılıb.

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi avqustun 3-dən 9-dək saat 23:59-dək internet üzərindən aparılacaq.Müsabiqədə qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan (və ya rus) dili üzrə 20-dən, riyaziyyat üzrə isə 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün isə ümumi balın 50-dən az olmaması və qabiliyyət imtahanından “məqbul” qiyməti alınması kifayətdir.

Abituriyentlər dövlət sifarişi və ödənişli əsaslarla ümumilikdə 12 ixtisasa qədər seçim edə bilərlər. Yerləşdirmə abituriyentin seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.

DİM-in məlumatına əsasən, 2026/2027-ci tədris ili üçün kolleclərə 6210 plan yeri ayrılıb. Bu il 24 545 abituriyent müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb.

Qeyd edək ki, qeydiyyatdan keçməyən, lakin müsabiqə şərtini ödəyən abituriyentlər də avqustun 3-9-u tarixlərində qeydiyyatdan keçərək ixtisas seçimində iştirak edə bilərlər.

Bundan əlavə, ixtisas seçimi ilə bağlı DİM-in müxtəlif ali təhsil müəssisələrində və regional bölmələrində fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” abituriyentlərə ödənişsiz xidmət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda faciə: 20 yaşlı qız özünü 20-ci mərtəbədən ataraq həyatını itirib

Next Article

Bakının 5 əsas yolunda nəqliyyat sıxlığı yarandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1146 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 20:26 1078 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Ankarada görüş keçirib. Elpress.az xəbər verir ki, görüş NATO liderlərinin sammiti ərəfəsində baş tutub. Tərəflər […]

Nikah və boşanma sayı azalıb

Aysel Əlibəyli 21 İyul 2026 · 14:44 1062 baxış Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk beş ayında ölkədə 15 […]