--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Sabahın hava proqnozu: bəzi ərazilərə yağış düşəcək

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 14:11 1052 baxış

Azərbaycanda oktyabrın 5-də hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Ölkə ərazisinin böyük hissəsində yağıntı proqnozlaşdırılmır.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində yağıntı ehtimalı azdır, lakin axşam bəzi ərazilərdə yağış yağa bilər.

Paytaxtda gecə temperaturu 12-15°, gündüz isə 18-22° isti olacaq. Küləyin istiqamətinin gün ərzində dəyişəcəyi bildirilir.

Rayonlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağması və şimşək çaxması ehtimalı var.

Gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə edilə bilər. Rayonlarda havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacaq.

Dağlıq ərazilərdə isə gecə temperaturu 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yəməndə şiddətli döyüşlər: 700 husi öldürülüb

Next Article

Biləsuvarda 26 yaşlı kişi bıçaqlanaraq öldürülüb – qohumu saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 6 yolunda sıxlıq var – SİYAHI

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 08:50 1056 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Hazırda sıxlıq olan istiqamətlər: 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi […]