--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“MB-24000” lazer sistemi 4 kilometrədək məsafədə təsir göstərə bilir

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:33 1076 baxış

“Azərsilah” ASC-nin strukturunda fəaliyyət göstərən “Zireh” MMC tərəfindən təqdim olunan “MB-24000” yüksək enerjili lazer sistemi ilə bağlı yeni məlumatlar açıqlanıb. Kompleksin əsas xüsusiyyətləri arasında hava hədəflərinin aşkarlanması və zərərsizləşdirilməsi imkanları yer alır.

Elpress.az xəbər verir ki, bunu “Zireh” MMC-nin rəhbəri Abas Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sistem 24 kilovat gücündədir və 300 metrdən 4 kilometrədək effektiv məsafədə fəaliyyət göstərə bilir.

Abas Quliyev bildirib ki, “MB-24000” xüsusilə yüksəklikdə və yüksək sürətlə hərəkət edən hava obyektlərinin müəyyənləşdirilməsi, izlənməsi və zərərsizləşdirilməsi üçün hazırlanıb.

Kompleksin radar vasitəsilə hədəfləri 8 kilometrədək məsafədən aşkar edə bildiyi qeyd olunub. Sistem, həmçinin süni intellekt əsaslı avtomatik izləmə texnologiyası ilə təchiz edilib.

Bundan əlavə, kompleksdə gündüz və termal kameralar da istifadə olunur. Bildirilib ki, sistemin kiçik ölçülü hədəfləri təxminən 3-4 kilometr məsafədən aşkarlaması və zərərsizləşdirməsi ilə bağlı sınaqlar keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda yağışlı hava ilə bağlı xəbərdarlıq: temperatur 10 dərəcəyədək enəcək

Next Article

Azərbaycan hərbçisi Ermənistanın Şəki kəndində saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Aysel Əlibəyli 02 İyul 2026 · 16:03 1116 baxış Elpress.az-dan Azərbaycan Polisi Gününə həsr olunan xüsusi təbrik. Bəzən təhlükəsizlik səssiz qəhrəmanların əməyinin nəticəsi olur. Küçələrdəki rahatlıq, insanların evlərinə arxayın qayıtması, asayişin qorunması görünməyən, amma hər […]

Avqust ayının sosial ödənişləri tam ödənilib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:17 1056 baxış Avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial […]

Bakının bu yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 09:13 1058 baxış Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]