--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:46 1056 baxış

Azərbaycanın iqlim mübarizəsindəki töhfələri yüksək qiymətləndirilib

Elpress.az xəbər verir ki, BMT rəsmisi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəyə bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə görə təşəkkür edib.UNFCCC-nin Proqram Koordinasiyası üzrə Baş Direktoru Danicle Violetti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılışında bildirib ki, Azərbaycanın beynəlxalq iqlim prosesinə töhfələri vaxtında və əhəmiyyətlidir.Onun sözlərinə görə, Azərbaycanın COP29-a sədrliyi dövründə iqlim maliyyələşdirilməsi üzrə yeni Kollektiv Maliyyələşdirmə Məqsədinin qəbul edilməsi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarına dair qaydaların tamamlanması mühüm nəticələr olub.Danicle Violetti qeyd edib ki, əldə olunan razılaşmalar ölkələrə iqlim hədəflərinə daha səmərəli çatmağa, inkişaf etməkdə olan dövlətlər üçün isə əlavə maliyyə imkanlarının yaranmasına şərait yaradır.BMT rəsmisi bundan sonrakı mərhələdə əsas diqqətin qəbul edilmiş təşəbbüslərin praktik icrasının sürətləndirilməsinə yönəldilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, iqlim məqsədlərinə nail olmaq yalnız hökumətlərin səyləri ilə mümkün deyil və biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti də bu prosesdə mühüm tərəfdaşlardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çinli liman rəsmisi Bakı Limanını Avropaya mühüm çıxış adlandırıb

Next Article

Ceyhun Bayramov: TRIPP Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:20 1082 baxış Elpress.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq. Azərbaycan Avtomobil Yolları […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1062 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1082 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]