--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakının 3 ərazisində yol ötürücülərində hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 26 Avqust 2026 · 21:31 1032 baxış

Elpress.az xəbər verir ki, körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə avqustun 27-dən etibarən Bakının bir sıra ərazilərində mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsündə müayinə keçiriləcək. Bu zaman nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.Avqustun 27-dən 28-nə keçən gecə və 28-i səhər saatlarınadək isə “Bakıxanov”, “Papanin” və “Pirşağı” yol ötürücülərində aparılacaq müayinələrlə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edilib ki, instrumental müayinələr AAYDA-nın sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Z. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.AAYDA bildirib ki, müayinələrin aparılması yol ötürücülərinin istismar üçün təhlükəli olduğu anlamına gəlmir. Bu tədbirlər daşıyıcı konstruksiyaların möhkəmliyinin, yükdaşıma qabiliyyətinin və deformasiya göstəricilərinin, eləcə də vizual baxış zamanı müəyyən edilə bilməyən qüsurların xüsusi cihazlarla dəqiq qiymətləndirilməsi məqsədi daşıyır.

Agentlik sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələrini və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Next Article

Neftin qiyməti 88 dollardan aşağı düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1086 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib

Elşən 22 İyul 2026 · 09:32 1062 baxış Bu gündən etibarən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb. Elpress.az xəbər verir ki, müsahibələrdə iyunun 29-dan iyulun 8-dək keçirilmiş elektron ərizə qəbulu […]