--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda Pediatriya Mərkəzinin yerləşdirilməsi ilə bağlı iddialara TƏBİB-dən münasibət

Aysel Əlibəyli 05 Avqust 2026 · 19:49 1068 baxış

Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq Xəstəxanasının gələcəyi ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, əsas binada təmir işlərinin başa çatmasına baxmayaraq, tibb işçilərinin öz əvvəlki iş yerlərinə qayıda bilməyəcəyi ilə bağlı iddialar gündəmdədir.

Məlumata görə, son 4-5 ildə yararsız vəziyyətdə olan 6 saylı Uşaq Xəstəxanasının binasında müvəqqəti fəaliyyət göstərən həkimlər təmirdən sonra əvvəlki binalarına qayıdacaqlarını gözləyirdilər. Lakin təmir edilmiş binanın yeni yaradılacaq Pediatriya Mərkəzinə verilməsi ilə bağlı yayılan xəbərlər kollektiv arasında narahatlıq yaradıb.Məsələ ilə bağlı münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla qeyd edib ki, belə dəyişikliklər zamanı ilk növbədə kollektiv rəsmi şəkildə məlumatlandırılmalı, əməkdaşların taleyi nəzərə alınmalıdır.

TƏBİB-dən verilən açıqlamada isə bildirilib ki, səhiyyə xidmətlərinin optimallaşdırılması çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilir.

Qurum vurğulayıb ki, hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı yekun qərar qəbul edilməyib.Həmçinin qeyd olunub ki, gələcəkdə hər hansı qərar veriləcəyi təqdirdə, əməkdaşların peşə fəaliyyətini fasiləsiz davam etdirməsi üçün zəruri iş şəraiti yaradılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyada dron zavodunun direktoruna sui-qəsd edilib

Next Article

ABŞ-də silahlı hücum: Ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paytaxtın əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti ləngiyir

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 08:38 1056 baxış Elpress.az xəbər verir ki, günün bu saatlarında Bakının bir sıra əsas yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Hazırda sıxlığın qeydə alındığı istiqamətlər aşağıdakılardır:Bakı-Sumqayıt şosesi – […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1040 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

Bakının əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunur

Aysel Əlibəyli 28 İyul 2026 · 08:57 1066 baxış Paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarından etibarən nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda […]