--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:58 1082 baxış

Avqustun 20-də Azərbaycanın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr elektrik şəbəkələrində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olacaq.

Belə ki, Yevlax şəhərində saat 09:00-dan 12:00-dək Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir və Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Tərtər rayonunun Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək fasilə yaranacaq.

Ağdaş rayonunda Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar və Yuxarı Qəsil kəndlərinin bir hissəsində də saat 10:00-14:00 aralığında elektrik enerjisi olmayacaq.

Göyçay rayonunun Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli və Yalman kəndlərinin bəzi ərazilərində isə məhdudiyyət saat 10:00-dan 15:00-dək davam edəcək.

Paytaxtın Yasamal rayonunda da təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev və Akim Abbasov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

“Azərişıq”ın məlumatına görə, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Next Article

ABŞ və Asiya birjalarında yüksəliş qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:39 1038 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan ərazilər bunlardır: 1-ci Göl kənarı yolu […]

Hərbi Prokurorluqdan sərhədçilərə bayram ziyarəti

Aysel Əlibəyli 18 Avqust 2026 · 14:49 1032 baxış Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü münasibətilə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalı və hərbi hissələrinə ziyarətlər təşkil olunub. Elpress.az xəbər verir […]