--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1044 baxış

Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək.

Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə beynəlxalq elmi mühit arasında əməkdaşlığı genişləndirməkdir.

Elpress.az xəbər verir ki, forum Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə xarici ölkələrdə fəaliyyət göstərən 100-dən artıq azərbaycanlı alimlə yanaşı, Azərbaycanın elm və təhsil müəssisələrindən 500-ə yaxın alim, doktorant və tədqiqatçının iştirakı gözlənilir.

Forum çərçivəsində elmi təcrübə və bilik mübadiləsinin aparılması, birgə layihələrin müzakirəsi, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması və xaricdə çalışan azərbaycanlı alimlərin vahid şəbəkədə birləşdirilməsi nəzərdə tutulur.

Dekabrın 10-da isə xaricdən gələn alimlərin müxtəlif universitetlərdə ixtisaslarına uyğun görüşlər keçirməsi, elmi müzakirələr aparması və ustad dərsləri təşkil etməsi planlaşdırılır.

Forumda iştirak etmək istəyən xaricdə yaşayan azərbaycanlı alimlərin 20 oktyabr 2026-cı ilədək qeydiyyatdan keçməsi tələb olunur.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Həmin tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb

Next Article

Mərhum Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1060 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]

Şəkidə güclü yanğın evi məhv etdi

Aysel Əlibəyli 15 İyul 2026 · 18:19 1128 baxış Şəkidə yaşayış evi yanğın nəticəsində istifadəyə yararsız qaldı Elpress.az xəbər verir ki, Şəki rayonunda baş verən yanğın hadisəsi bir ailəyə ciddi maddi ziyan vurub. Hadisə rayonun […]

YAP-ın VIII Qurultayı keçirilir – İlham Əliyev çıxış edir

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:02 1048 baxış Bakıda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir. Elpress.az xəbər verir ki, qurultay Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham […]

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1072 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]