--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1092 baxış

Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər.

Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan Evində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə tarixçi-tədqiqatçı Fuad Axundov Azərbaycanın 1918-ci ildən 2020-ci ilə qədər keçdiyi tarixi mərhələlər barədə çıxış edib.

O, “Biz xatırlayırıq: Azərbaycanın Zəfərə aparan yolunun mühüm mərhələləri” mövzusunda təqdimatla çıxış edib.Azərbaycan Evində şəhidlərə həsr olunmuş xüsusi guşə də yaradılıb. Burada qəhrəmanlarımızın döyüş yolu və göstərdikləri fədakarlıqlar barədə məlumatlar təqdim olunub.Ottavada isə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi və “Qarabağ” Azərbaycan Dili Məktəbinin birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, milli birlik və həmrəyliyin rolu qeyd olunub.Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində də Anım Gününə həsr olunmuş dərs təşkil edilib. Şagirdlərə Qarabağın tarixi, Vətən müharibəsi və şəhidlərimizin qəhrəmanlığı barədə məlumat verilib.Toronto Şəhər Təhsil İdarəsinin nəzdindəki Azərbaycan dili məktəbində yeni tədris ilinin ilk dərsi də Anım Gününə həsr olunub. Şagirdlər Zəfər tariximizlə bağlı fotoşəkillərdən ibarət stendlə tanış olub, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Kanadada keçirilən bu tədbirlərdə şəhidlərin xatirəsinin yaşadılması, Azərbaycanın tarixi barədə məlumatların gənc nəslə çatdırılması və milli dəyərlərin qorunmasının vacibliyi diqqətə çatdırılıb

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Next Article

“Şahmaran” əfsanəsi səhnədə canlanacaq – Premyera tarixləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marneulidə azərbaycanlı şagirdlər üçün tarixi tədbir keçirilib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:10 1064 baxış Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirdə şagirdlərə […]

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:01 1086 baxış Gürcüstanın paytaxtında keçirilən “Tbilisoba” festivalında Azərbaycan mədəniyyəti və milli irsi geniş şəkildə təqdim edilib. Elpress.az xəbər verir ki, Tbilisi Şəhəri Gününə həsr olunan ənənəvi festival çərçivəsində […]