--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Fuad Muradov: Azərbaycan İƏT ölkələri ilə diaspor sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:06 1070 baxış

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İƏT ölkələrinin diaspor qurumları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki, Azərbaycan diaspor siyasətinin inkişaf etdirilməsi və xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankarada keçirilən İƏT-ə üzv ölkələrin müsəlman diasporlarının I Forumuna müraciətində bildirib ki, diasporların fəaliyyəti yalnız tarixi vətənin maraqlarının müdafiəsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, diaspor icmaları müxtəlif ölkələr və xalqlar arasında əlaqələndirici rol oynayır, yaşadıqları cəmiyyətlərin sosial, iqtisadi, elmi və mədəni inkişafına töhfə verirlər.F.Muradov qeyd edib ki, müasir diaspor siyasətinin əsas istiqamətlərindən biri xaricdə yaşayan soydaşların bilik və təcrübəsindən səmərəli istifadə etmək, onların Azərbaycanla əlaqələrini daha da gücləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaqdır.Komitə rəhbəri bildirib ki, gənc diaspor nümayəndələri ilə iş də xüsusi əhəmiyyət daşıyır. Yay düşərgələri, dil məktəbləri və digər layihələrin gənc nəslin milli kimliyini, dilini və mədəni irsini qorumasına, eləcə də Azərbaycanla bağlarının möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.Onun sözlərinə görə, diskriminasiya və stereotiplərlə mübarizə, milli kimliyin və mədəni irsin qorunması, gənclərin tarixi Vətənlə əlaqələrinin saxlanılması, həmçinin onların yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiyası daim diqqətdə saxlanılmalıdır.Fuad Muradov İƏT ölkələrinin diasporlarının mövcud imkanlardan birgə istifadə etməklə yanaşı, qarşılaşdıqları ümumi problemlərin həlli istiqamətində də əməkdaşlıq edə biləcəyini bildirib. O, keçirilən forumun gələcəkdə İƏT məkanında diaspor məsələləri üzrə fəaliyyət göstərən qurumlar arasında davamlı və səmərəli əlaqələrin formalaşmasına təkan verəcəyinə ümid etdiyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yardımlıda narkotik risklərinə qarşı maarifləndirmə aksiyası keçirilib

Next Article

Lavrov: Qərb Rusiyanı zəiflətmək istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Romada Azərbaycanın mina probleminə həsr olunan fotoekspozisiya keçirilib

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 21:57 1064 baxış İtaliyanın paytaxtında Azərbaycanın üzləşdiyi mina təhlükəsinin humanitar nəticələrini əks etdirən fotosərgi təşkil olunub. Elpress.az xəbər verir ki, oktyabrın 17-də keçirilən ekspozisiya “Gilavar Foto Klubu” İctimai Birliyinin […]

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:01 1088 baxış Gürcüstanın paytaxtında keçirilən “Tbilisoba” festivalında Azərbaycan mədəniyyəti və milli irsi geniş şəkildə təqdim edilib. Elpress.az xəbər verir ki, Tbilisi Şəhəri Gününə həsr olunan ənənəvi festival çərçivəsində […]