--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1131 baxış

Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib.

Elpress.az Kulis.az-a istinadən xəbər verir ki, səhnə əsəri “Mir Teatra” VI Beynəlxalq Teatr Sənəti Müsabiqəsində “Teatr yaradıcılığı – Tamaşa” nominasiyası üzrə I dərəcəli laureat adına layiq görülüb.Müsabiqə Moskvada onlayn formatda təşkil olunub və müxtəlif ölkələrdən teatr kollektivləri iştirak edib. Layihə Rusiya və Avstriyanın tanınmış teatr xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.Tamaşa Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində fəaliyyət göstərən “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib. Səhnə işi rejissor yozumu və aktyor oyunu ilə münsiflərin diqqətini çəkib.Layihənin yaradıcı heyəti və müəllifi teatr sənətinə verdikləri töhfəyə görə xüsusi təşəkkür məktubları ilə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Next Article

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1090 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 1034 baxış Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan […]