--:--:-- | 10 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan ilə Dünya Bankı arasında enerji, nəqliyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq daha da genişləndirilir və gücləndirilir.

Aysel Əlibəyli 20 May 2026 · 19:50 1094 baxış

Mayın 20-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüş keçirib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti, enerji və nəqliyyat sahələrində icra olunan birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər görüş zamanı müzakirə edilib. Eyni zamanda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.Məlumata görə, nazir Sahil Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla davam etdiyini bildirib. O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “AZURE” layihəsinin Azərbaycanın yaşıl enerji strategiyasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, layihə çərçivəsində bərpaolunan enerji mənbələrinin elektrik ötürücü şəbəkəyə inteqrasiyası və infrastrukturun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.Qeyd olunub ki, Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Regional bağlantı və inkişaf” layihəsi çərçivəsində Salyan–Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılması regional bağlantıların gücləndirilməsi və logistika imkanlarının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin bərpası üzrə mümkün maliyyələşmə məsələləri müzakirə olunub və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyada roluna diqqət çəkilib.Öz növbəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım R.Prays Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, həmçinin WUF13-də iştirakın dayanıqlı şəhərsalma və infrastruktur sahələrində tərəfdaşlığın inkişafı baxımından önəmli olduğunu vurğulayıb.Sonda tərəflər Azərbaycan ilə Dünya Bankı arasında dialoqun və əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yaponiyada geniş yayılmış allergiya halları 1950-ci illərdə həyata keçirilən bir layihə ilə əlaqələndirilir.

Next Article

ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 1137 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

Bu rüsumun məbləği müəyyən olunur.

Aysel Əlibəyli 26 May 2026 · 13:37 1164 baxış Maliyyə icarəsi fəaliyyəti göstərmək istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə qeydiyyata alınması üçün tətbiq olunan dövlət rüsumunun məbləği müəyyən edilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:20 1120 baxış Dövlət idarəçiliyində yeni dəyişikliklər: bir sıra publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi, bəzi qurumların fəaliyyəti yenidən təşkil olundu Azərbaycanda dövlət adından yaradılmış bir sıra publik hüquqi […]