--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakı-Sumqayıt taksiləri ilə bağlı qayda narazılıq yaradır

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:20 1070 baxış

Taksi sürücülərinin digər şəhərdən geri qayıdarkən sərnişin götürə bilməməsi həm sürücülərə, həm də sərnişinlərə təsir edir

Elpress.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti zamanı tətbiq olunan qaydalar sərnişin və sürücülər arasında narazılığa səbəb olub.Mövcud tələblərə əsasən, taksinin buraxılış kartı hansı şəhər üzrə verilibsə, sürücü digər şəhərdə sərnişin götürə bilmir. Bu səbəbdən Bakıdan Sumqayıta sərnişin aparan taksilər geri qayıdarkən boş hərəkət etməli olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə əks istiqamətdə taksi tapmaqda çətinlik çəkə və daha yüksək gediş haqqı ödəyə bilirlər.Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin həlli zamanı gediş haqlarının müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiqi vacibdir. Onun sözlərinə görə, şəhərlərarası səfərlərdə yalnız şəhərdaxili tarif deyil, sürücünün geri dönüş zamanı qarşılaşdığı xərclər də nəzərə alınmalıdır.Digər nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, tətbiq olunan məhdudiyyətlərin əsas məqsədlərindən biri Bakıda taksi sayını və nəqliyyat sıxlığını azaltmaqdır. Onun sözlərinə görə, əvvəllər paytaxtda təxminən 75 min taksi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm əhəmiyyətli dərəcədə azaldılıb və sayın daha da aşağı salınması planlaşdırılır.Ekspert hesab edir ki, ətraf rayonlarda və Sumqayıtda qeydiyyatda olan taksilərin Bakıda sərbəst fəaliyyət göstərməsinə icazə verilməsi paytaxtda nəqliyyat sıxlığının yenidən artmasına səbəb ola bilər. O bildirib ki, hazırkı nəqliyyat siyasətinin əsas istiqamətlərindən biri insanların fərdi nəqliyyat vasitələrindən və taksidən daha çox ictimai nəqliyyata yönləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda 185,5 min nəfərə ailə başçısını itirməyə görə ödəniş verilib

Next Article

Norveç kralı xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hüsnü Quliyevə yeni vəzifə verilib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:30 1086 baxış AAYDA-nın sabiq sədr müavini Hüsnü Quliyev qurum sədrinin müşaviri təyin edilib. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən […]

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1068 baxış Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, […]

İyunun 24-dən hava dəyişir – yağış, şimşək və dolu ehtimalı var

Aysel Əlibəyli 23 İyun 2026 · 17:14 1116 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit olacaq. Bildirilib ki, 25-i səhərədək yarımadanın bəzi ərazilərində arabir yağışlar, […]