--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir

Aysel Əlibəyli 18 İyun 2026 · 18:45 1154 baxış

Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışını Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi dəyərləndirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun və gələcək strateji hədəflərinin konseptual təqdimatı kimi çıxış edir.Onun sözlərinə görə, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi uğurların təhlili ilə yanaşı, ölkənin perspektiv inkişaf gündəliyinə dair mühüm mesajlar yer alıb. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi modelinin yalnız neft və qaz resurslarına əsaslanmadığını, əksinə, bu resurslardan əldə olunan gəlirlərin iqtisadi şaxələndirməyə, nəqliyyat-logistika layihələrinin genişləndirilməsinə və beynəlxalq mövqelərin gücləndirilməsinə yönəldildiyini vurğulayıb.Deputat qeyd edib ki, həyata keçirilən strateji layihələr Azərbaycanın geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və ölkəni Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Bu yanaşma Azərbaycanın dənizə çıxışı olmamasına baxmayaraq, həmin coğrafi amili üstünlüyə çevirdiyini göstərir.Bildirilib ki, Prezident İlham Əliyevin çıxışında həmçinin regionda formalaşan yeni reallıqlar və Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri xüsusi yer alıb. Bu təşəbbüslər Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yeni imkanlar yaradır.Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi siyasət təkcə milli maraqlara deyil, bütövlükdə regionun uzunmüddətli inkişafına xidmət edir və Cənubi Qafqazın gələcək gündəliyini qarşıdurma deyil, sülh və əməkdaşlıq prinsipləri müəyyən edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Next Article

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21–24 dərəcə olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1036 baxış Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin […]

Beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:30 1038 baxış Nazir müavini: Son 7 ildə sosial dəstək tədbirləri əhəmiyyətli nəticələr verib Elpress.az xəbər verir ki, Son yeddi il ərzində Azərbaycanda həyata keçirilən beş sosial islahat paketi […]