--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“AzərGold” Qurban bayramı ilə əlaqədar Daşkəsən, Göygöl və Naxçıvanda sosial dəstək aksiyaları həyata keçirib.

Aysel Əlibəyli 27 May 2026 · 14:20 1190 baxış

“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial yardım aksiyasını həyata keçirib. Şirkətin fəaliyyət göstərdiyi əraziləri əhatə edən təşəbbüs çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan təxminən 500 ailəyə bayram sovqatları çatdırılıb.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, eləcə də Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını və sosial dəstəyə ehtiyacı olan ailələri əhatə edib.Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələrə baş çəkib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbriklərini çatdırıb, müxtəlif növ zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban paylarını təqdim ediblər.Qeyd edək ki, “AzerGold” QSC tərəfindən mütəmadi olaraq müxtəlif sosialyönümlü layihələr, humanitar aksiyalar və icma dəstəyi proqramları icra olunur. Bu təşəbbüslər regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlk nüvə mühərrikli sualtı qayıqlarını inşa etməyə hazırlaşırlar.

Next Article

Faracın partiyası Britaniya siyasətini silkələyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:28 1088 baxış Deputat pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalından ailələrinin yararlanmasını təklif edib Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş vəfat etdikdən […]

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1132 baxış 8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi […]

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1132 baxış Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib. Görüş […]