--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bişkekdə ŞƏT sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:23 1054 baxış

Qırğızıstan paytaxtında 15 minə yaxın təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimdə xidmət aparır

Elpress.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar Qırğızıstanın paytaxtı Bişkekdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.“МИР 24”ün məlumatına görə, 21 ölkədən nümayəndə heyətlərinin qatıldığı tədbir çərçivəsində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların təxminən 15 min əməkdaşı gücləndirilmiş iş rejiminə keçirilib.Paytaxtın əsas küçələrində, otellərin və sammitin keçiriləcəyi məkanların ətrafında mühafizə postları yaradılıb. Təhlükəsizlik qüvvələri 12 saatlıq növbə sistemi ilə gecə-gündüz xidmət aparır.Sammitin təhlükəsizliyinin təmin edilməsinə müxtəlif dövlət qurumlarının əməkdaşları da cəlb olunub. Otellərin yaxınlığında texniki nasazlıqların operativ aradan qaldırılması üçün elektrik şəbəkəsi mütəxəssisləri də növbə çəkir.Tədbir müddətində Bişkekdə bəzi məkanların fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Şəhərdəki ticarət mərkəzlərindən biri ziyarətçilərin girişinə bağlanaraq jurnalistlərin istifadəsinə verilib.Bundan əlavə, Qırğızıstan Dünya Köçəri Oyunlarının açılışına da hazırlaşır. Tədbirlərlə əlaqədar ölkəyə təxminən 100 min iştirakçı və qonağın gələcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Next Article

Tramp: İran rəhbərliyi mühakimə olunmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə bürünüb

Aysel Əlibəyli 25 Avqust 2026 · 08:34 1062 baxış Bakının simvollarından olan Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev “X” sosial şəbəkə hesabında […]

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1060 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]