--:--:-- | 17 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanın ilk dövr üzrə ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla yekunlaşıb.

Aysel Əlibəyli 15 İyun 2026 · 11:21 30 baxış

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyasında (SB64) iştirakını davam etdirir.

Sessiyanın ilk həftəsində COP29 Sədrliyinin təşəbbüsləri və COP29, eləcə də COP30 çərçivəsində Azərbaycana həvalə olunmuş mandatların yerinə yetirilməsi ilə bağlı bir sıra görüşlər və tədbirlər təşkil olunub.Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrliklərinin iştirakı ilə birgə sessiya keçirilib. Görüş zamanı ikiillik şəffaflıq hesabatlarının ilk dövrü üzrə əldə olunan təcrübələr, qarşıya çıxan çətinliklər və inkişaf etməkdə olan ölkələrə növbəti hesabatların hazırlanması prosesində göstərilə biləcək dəstək imkanları müzakirə edilib. Həmçinin BTP çərçivəsində növbəti sessiyanın bu ilin sentyabrında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkil olunması barədə qərar qəbul edilib.Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar” adlı tədbirdə iqlim riskləri və münaqişələrdən təsirlənən bölgələrdə dayanıqlığın gücləndirilməsi üçün yeni yanaşmalar müzakirə olunub.Azərbaycan və Braziliyaya verilən mandat əsasında hazırlanmış və COP30-dan əvvəl təqdim edilən iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası ilə bağlı dövlət və qeyri-dövlət nümayəndələrinin iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin reallaşdırılması istiqamətində gözləntilər və qarşıdakı mərhələlər barədə fikir mübadiləsi aparılıb.Eyni zamanda COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya baş tutub. Sessiya zamanı tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilib və bildirilib ki, səsləndirilən təkliflər gələcək addımların müəyyənləşdirilməsinə kömək edəcək.Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsi üzrə keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində, həmçinin Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatı ilə bağlı texniki dialoqda iştirak edib. Nəticədə Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qiymətli və Sənaye Metalları Bahalaşır

Next Article

Rusiya Buğdası Azərbaycan Vasitəsilə Ermənistana Aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 110 baxış Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib. ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, […]

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 32 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Aysel Əlibəyli 08 İyun 2026 · 11:37 36 baxış Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev mövsüm öncəsi turistlərin təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayıb. Elpress.az “Report”a istinadən xəbər verir ki, Onun […]