--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Səidə Mirziyoyeva: Azərbaycanla Özbəkistanı xüsusi dostluq bağlayır

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:59 1036 baxış

Azərbaycan və Özbəkistan arasında xüsusi dostluq münasibətləri mövcuddur.

Elpress.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfərini şərh edərkən sosial şəbəkə hesabında yazıb.Mirziyoyeva qeyd edib ki, iki ölkəni yalnız dövlətlərarası əlaqələr deyil, xalqlar arasında səmimi münasibətlər də birləşdirir. O, Azərbaycan və Özbəkistanın tarix, mədəniyyət və adət-ənənələrində çoxsaylı ortaq cəhətlərin olduğunu vurğulayıb.Onun sözlərinə görə, son dövrdə bu əlaqələrə infrastruktur, investisiya və digər sahələrdə birgə layihələr də əlavə olunur.Səidə Mirziyoyeva bildirib ki, İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli münasibətlərdə daha bir mühüm səhifə açıb. O, imzalanan Əbədi Dostluq haqqında Müqavilənin iki ölkə arasındakı münasibətləri dəqiq ifadə etdiyini qeyd edib.“Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz”, – deyə Mirziyoyeva əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Samuxda gənc qadını avtomobil vurdu

Next Article

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:31 1064 baxış İlham Əliyev “John Deere” şirkəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” […]

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1142 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]