--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Aysel Əlibəyli 23 İyun 2026 · 18:34 1052 baxış

Elpress.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib.

Məlumata görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda yükü bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Bununla da, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən 33 min tondan artıq taxıl daşınıb. Eyni zamanda, tranzit marşrutu ilə Ermənistana 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.Bundan başqa, Azərbaycanla Ermənistan arasında bir sıra neft məhsullarının tədarükü də həyata keçirilir. Məlumata əsasən, indiyədək Ermənistana Azərbaycandan 14 min tondan çox dizel yanacağı, həmçinin 4 min tondan artıq Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.Azərbaycanın regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi beynəlxalq yükdaşımalarında rolunun artdığı vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Krımda dəmir yolu körpüsünü dronla vurub

Next Article

Ekspert: Bakı-Aşqabad əməkdaşlığı region üçün yeni imkanlar yaradır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 1082 baxış İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb. […]

Azov dənizində həlak olan azərbaycanlıların nəşləri ölkəyə gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 21:37 1076 baxış Azov dənizində həyatını itirən həmvətənlərimizin cənazələri Azərbaycana qaytarılıb. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirən 4 azərbaycanlı vətəndaşın nəşləri […]