--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:04 1062 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində tədbirlər davam etdirilir.

Elpress.az “Report”a istinadən xəbər verir ki, iyunun 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Nərimanov rayonunda vətəndaş qəbulu keçirib.Nərimanov Rayon Prokurorluğunun inzibati binasında təşkil olunan qəbul zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilib.Qəbulda iştirak edən 48 vətəndaşın müraciətləri əsasən cinayət işlərinin istintaqı, hüquqpozmalara dair araşdırmalar və məhkəmə proseslərində dövlət ittihamının müdafiəsi ilə bağlı olub. Səsləndirilən məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.Müraciətlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli nəzarətə götürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin açılmasına razılıq verdi

Next Article

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1046 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]