--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 11:15 1080 baxış

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin əsas prinsiplərinin bu gün də qorunduğunu bildirib.

Elpress.az xəbər verir ki, dövlət başçısı bunu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, zaman keçdikcə taktiki, hətta strateji məqsədlərdə müəyyən dəyişikliklər baş verə bilər. Lakin əsas siyasi istiqamətin dəyişmədiyini vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, bu xəttin təməlində Azərbaycanın müstəqilliyi, dövlətçilik prinsipləri, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum yararlanması dayanır.

Dövlət başçısı bu prinsiplərin Azərbaycanın inkişafında əsas istiqamət olaraq qalmasını diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SOCAR “Günəşli” yatağında 3D seysmik tədqiqatı yekunlaşdırdı

Next Article

Sumqayıtda məktəbdə 14 şagird xəstəxanaya yerləşdirilib – Araşdırma aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1176 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]

Ərtoğruldan Atatürkə, Atatürkdən Ərdoğana

Aysel Əlibəyli 12 İyul 2026 · 11:37 1144 baxış “Həqiqəti söyləmək asandır, onu başa salmaq çətindir”. – Rumi Bir zamanlar min iki yüz ilin axırıncı on illiyində qırx minlik qoşunla Osman Qazinin üçüncü oğlu Ərtoğrul […]

Anar Əsədlinin apellyasiya şikayəti təmin edilməyib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:28 1066 baxış Bakı Apellyasiya Məhkəməsi Anar Əsədliyə verilən 4 il 6 aylıq cəzanı qüvvədə saxlayıb Elpress.az xəbər verir ki, Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində çıxarılmış […]