--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev Litvanın yeni Baş naziri ilə telefonla danışıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:42 1032 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb.

Elpress.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda Litvanın sabiq Baş naziri İnqa Ruginienenin cari ilin aprel ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi müzakirələr xatırlanıb.Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü bildirərək, Baş nazir kimi Azərbaycan-Litva ikitərəfli əlaqələrinin inkişafını daim diqqətdə saxlayacağını vurğulayıb.Telefon danışığı zamanı Azərbaycan və Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması və ticarət dövriyyəsinin artırılması məsələləri də müzakirə edilib.

Həmçinin Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və burada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.Tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparıb, son dövrlərdə həyata keçirilmiş yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Telefon söhbəti zamanı beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bilgəhdə çimərlikdə naməlum kişi meyiti tapılıb

Next Article

Alimlərdən xəbərdarlıq: Dünya əhalisinin azalması ekologiya və mədəniyyət üçün fərqli nəticələr doğura bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1105 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]

İrlandiya nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Elşən 23 Aprel 2026 · 18:48 1108 baxış Toni MakKormakın rəhbərlik etdiyi İrlandiya parlament nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. ELPress.az-ın Yeniçağ.az-a istinadən verdiyi məlumata görə, qonaqlara şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə geniş […]

Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 11:17 1024 baxış Elpress.az olaraq 1 sentyabr – Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə dost və qardaş Özbəkistan xalqını səmimi-qəlbdən təbrik edirik. Qardaş Özbəkistan xalqına davamlı inkişaf, firavanlıq, əmin-amanlıq və […]