--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Azərbaycan Ermənistanla ticarətə də başlamışdır”

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 12:17 1098 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlərdə yeni mərhələyə keçidin vacibliyindən danışıb.

Elpress.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin də başladığını bildirib.

İlham Əliyev bunun hər bir ölkə üçün əhəmiyyətli olduğunu qeyd edib və Azərbaycan xalqının keçmişdə yaşadığı faciələrin unudulmamasının vacibliyini vurğulayıb.

Prezident çıxışında Azərbaycan cəmiyyətində Ermənistanla bağlı tarixi yaddaşın mühüm yer tutduğunu qeyd edərək, keçmişdə yaşanan hadisələrdən nəticə çıxarılmasının və ayıq-sayıq olmağın vacibliyini bildirib.

Dövlət başçısı Azərbaycanın hər zaman güclü olması və təhlükəsizliyini təmin edə biləcək imkanlarını qorumasının əsas amillərdən biri olduğunu deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan bundan sonra da güclü olmalı və baş verənləri heç vaxt unutmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Next Article

Ağdamda 15 yaşlı qız ailəsindən xəbərsiz evdən getdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1074 baxış Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət […]

İlham Əliyev Pezeşkianı Bişkekdə “İstisu”ya qonaq edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 21:14 1086 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Elpress.az xəbər verir ki, görüş zamanı dövlət başçıları səmimi söhbət aparıblar. Görüşdən görüntülər yayılıb. […]

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1070 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]

Yardımlıya yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 12:32 1099 baxış Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xəbəri sosial şəbəkələrdə […]