--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dövlət kitabların alınmasına hər il 600 min manata yaxın vəsait ayırır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:23 66 baxış

Azərbaycanda kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə hər il dövlət büdcəsindən yüz minlərlə manat vəsait ayrılır.

Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən müzakirələr zamanı məlumat verilib.Bildirilib ki, nəşrlərin satın alınması üçün xüsusi komissiya fəaliyyət göstərir və hər il bu məqsədlə 600 min manatadək vəsait ayrılır. Ayrılan məbləğin həcmi illər üzrə dəyişə bilər və alınacaq kitablar komissiyanın qiymətləndirməsindən sonra müəyyənləşdirilir.Qeyd olunub ki, hazırda çap olunan hər kitab avtomatik şəkildə kitabxana fondlarına daxil edilmir. Aparılan təhlillər nəticəsində bəzi nəşrlərin ictimai faydalılığı və məzmun keyfiyyəti ilə bağlı suallar yarandığından seçim meyarları sərtləşdirilib.Məlumata görə, kitabxana fondlarının keyfiyyətinin yüksəldilməsi, xüsusilə elmi və elmi-kütləvi ədəbiyyatın payının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.Həmçinin nəşriyyatlar və müəlliflər elmi yönümlü kitabların hazırlanmasına daha çox diqqət ayırmağa təşviq olunur. Bu sahədə akademik qurumlar və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Next Article

Azərbaycanda temperatur yüksəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 38 baxış Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, […]

Vaşinqton-Tehran razılaşması alqışlandı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:54 66 baxış ABŞ və İran arasında Anlaşma Memorandumu çərçivəsində əldə edilən tarixi razılığı məmnuniyyətlə alqışlayırıq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təhlükəsizlik arxitekturası və regional sabitlik baxımından […]