--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Deputat Pərvanə Vəliyeva COP17-də çıxış edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:16 1032 baxış

Azərbaycan parlamentari Ulan-Batorda torpaqların bərpası və quraqlıqla mübarizə məsələlərindən danışıb

Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən BMT-nin Səhralaşma üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) iştirak edib.Konfransda Konvensiyaya tərəf olan 196 ölkənin yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər, parlamentarilər və akademik dairələrin nümayəndələri bir araya gəlib.COP17 çərçivəsində keçirilən Yüksək Səviyyəli Parlament Forumunda Pərvanə Vəliyeva torpaqların deqradasiyası, səhralaşma, quraqlıq və su ehtiyatlarının dayanıqlı idarə olunması ilə bağlı qlobal çağırışlara toxunaraq Azərbaycanın təcrübəsini təqdim edib.Deputat bildirib ki, Azərbaycan torpaqların idarə olunması, meşələrin və ətraf mühitin qorunması, biomüxtəliflik və xüsusi mühafizə olunan ərazilərlə bağlı hərtərəfli hüquqi və siyasət çərçivəsi formalaşdırıb. Onun sözlərinə görə, Milli Quraqlıq Planı hazırlıq, risklərin azaldılması və dayanıqlılığın təmin edilməsi baxımından mühüm mexanizm yaradır.Pərvanə Vəliyeva Azərbaycanın “Bonn Challenge” çərçivəsində 2030-cu ilədək 270 min hektar ərazinin bərpası ilə bağlı öhdəlik götürdüyünü də qeyd edib.O, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Minalar və partlamamış hərbi sursatlarla çirklənmə, uzun illər ərzində infrastruktura vurulan zərər və təbii ekosistemlərə təsirlər həmin ərazilərdə genişmiqyaslı ekoloji bərpa işlərinə ehtiyac yaradıb.Deputatın sözlərinə görə, Azərbaycan bu prosesə inteqrasiya olunmuş landşaft bərpası yanaşması ilə yanaşır. Bu model torpaq və su ehtiyatları, meşələr, biomüxtəliflik, iqlim dayanıqlılığı və dayanıqlı yaşayış vasitələrini vahid çərçivədə birləşdirir.Pərvanə Vəliyeva COP17 çərçivəsində COP31 Türkiyə sədrliyi ilə Rio Konvensiyaları arasında sinerji məsələsinə həsr olunan parlamentarilərin dəyirmi masa müzakirəsində də iştirak edib. O, Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələr və iqlim diplomatiyasına verilən töhfələr barədə fikirlərini bölüşüb.Deputat ətraf mühitlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və qlobal öhdəliklərin yerli səviyyədə həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını bildirib.Konfrans çərçivəsində Azərbaycan COP17 Bürosunun Mərkəzi və Şərqi Avropa Regional Qrupundan üzv və COP17-nin vitse-prezidenti seçilib. Azərbaycan nümayəndə heyəti plenar müzakirələrə də sədrlik edib.Bundan əlavə, Azərbaycanın 2024–2026-cı illəri əhatə edən Mərkəzi və Şərqi Avropa Regional Qrupuna sədrliyi başa çatıb. Yeni sədrin seçilməsinin mümkün olmaması səbəbindən qrupun yekdil qərarı ilə Azərbaycanın həmsədr kimi fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

3 sentyabr – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

Next Article

Elçin Əmirbəyov: Azərbaycana minatəmizləmədə beynəlxalq dəstək artırılmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 1090 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 1105 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]