--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Çin Pekinin Azərbaycanın ŞƏT-də rolunu dəstəklədiyini açıqlayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:43 1054 baxış

Çinli ekspert: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir

Elpress.az xəbər verir ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəaliyyətinin genişlənməsini və ölkənin təşkilatda daha fəal rol oynamasını dəstəkləyir bunu Taihe İnstitutunun həmtəsisçisi və CGTN kanalının şərhçisi Van Quan bildirib.Çinli ekspert Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Onun sözlərinə görə, vizasız rejimin tətbiqindən sonra çoxsaylı Çin vətəndaşının Azərbaycana səfər etməsi xalqlar arasında qarşılıqlı tanışlığın və humanitar əlaqələrin genişlənməsinə şərait yaradıb.Van Quan Çin və Çin şirkətlərinin iştirakı ilə inkişaf etdirilən Orta Dəhlizin Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutuna çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın əsas hissələrindən biri olduğu bu marşrut regiondakı geosiyasi risklərdən kənar alternativ bağlantı imkanları yaradır və böyük inkişaf potensialına malikdir.Ekspert Pekinin Azərbaycanın ŞƏT-də mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Çin müxtəlif sənədlərdə Azərbaycanın hazırkı dialoq tərəfdaşı statusundan daha fəal iştiraka doğru irəliləməsini və təşkilat çərçivəsində daha əhəmiyyətli rol oynamasını dəstəklədiyini ifadə edib.Van Quan bir neçə il əvvəl Azərbaycana səfər etdiyini və Prezident İlham Əliyevlə müsahibə apardığını da xatırladıb. O, iki ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik müstəvi ilə məhdudlaşmadığını, xalqlar arasında da qarşılıqlı rəğbət və yaxınlığın formalaşdığını bildirib.Çinli şərhçi humanitar əlaqələrin genişləndirilməsinin, insanlar arasında təmasların və fikir mübadiləsinin artırılmasının Çin-Azərbaycan münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsinə töhfə verə biləcəyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Next Article

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:11 1028 baxış Azərbaycanın Baş naziri gəmi qəzasında ölənlərlə bağlı Ünal Üstelə başsağlığı məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətində baş […]

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə bürünüb

Aysel Əlibəyli 25 Avqust 2026 · 08:34 1036 baxış Bakının simvollarından olan Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev “X” sosial şəbəkə hesabında […]