--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakı və Ankara ədliyyə sahəsində əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 01 İyul 2026 · 18:38 1040 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib.

Görüş zamanı Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər iki ölkə arasında ədliyyə sahəsində mövcud əməkdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Bildirilib ki, son illərdə nazirliklər arasında reallaşdırılan qarşılıqlı səfərlər, imzalanan sənədlər və birgə fəaliyyət mexanizmləri əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayıb.

Görüşdə hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələr və çoxtərəfli əməkdaşlıq mexanizmləri hüquq sahəsində inteqrasiyanın daha da güclənməsinə töhfə verir.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Baltika” Azərbaycan bazarına qayıtdı: Bakıda qastronomik təqdimat keçirildi

Next Article

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 1068 baxış Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar. Elpress.az xəbər verir ki, […]

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1110 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]

İlham Əliyev Fridrix Mertslə görüşdü

Aysel Əlibəyli 21 İyul 2026 · 15:03 1026 baxış Prezident İlham Əliyevlə Almaniya Kansleri Fridrix Mertsin təkbətək görüşü keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində Almaniya Federativ Respublikasının Federal […]