--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bəzi saytlara giriş müvəqqəti məhdudlaşdırılacaq

Aysel Əlibəyli 30 İyul 2026 · 16:59 1088 baxış

Qadağan olunmuş məlumatların yayılması ilə bağlı internet məhdudiyyətləri genişləndirilib

Elpress.az xəbər verir ki, Azərbaycanda internet informasiya ehtiyatlarına girişin müvəqqəti məhdudlaşdırıla biləcəyi hallar genişləndirilib.Yeni dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi qanunla Cinayət, Cinayət-Prosessual məcəllələrinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən əlavələrdə əksini tapıb.Dəyişikliklərə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatların, onların qanunsuz əldə edildiyi yerlər və narkotik tərkibli bitkilərin kultivasiya üsulları barədə informasiyaların yayılması zamanı müvafiq internet resursuna və ya onun müəyyən hissəsinə giriş müvəqqəti məhdudlaşdırıla bilər.Eyni tədbir təhqir və böhtan xarakterli, şəxsi həyatın toxunulmazlığını pozan, həmçinin insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və müxtəlif infrastruktur obyektlərinin fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatların yayılması hallarına da şamil ediləcək.Bundan əlavə, qumar oyunlarının internet, mobil rabitə, sosial şəbəkələr və digər elektron platformalar vasitəsilə təşkili, yetkinlik yaşına çatmayanların qumara cəlb edilməsi və bu fəaliyyətin qrup halında və ya böyük gəlir əldə etməklə həyata keçirilməsi üçün yeni cəza tədbirləri müəyyənləşdirilib.Qanuna əsasən, daha ağır hallarda, o cümlədən mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən və külli miqdarda gəlir gətirən qumar fəaliyyəti üzrə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aqil Məlikovun səhhəti ağırlaşıb

Next Article

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüş keçirdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:00 1118 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq və yol təhlükəsizliyi ilə bağlı […]

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Aysel Əlibəyli 09 İyun 2026 · 11:08 1172 baxış İranda “Etimad” qəzeti və nəşrin redaktoru Abbas Əbdi barəsində cinayət işi başlanılıb. Elpress.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Təşkilatı məlumat yayıb.Məlumata görə, […]

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:42 1074 baxış Prezident Hərbi Dəniz Qüvvələrində istehsal olunan insansız dəniz vasitələrinin sınaqlarını izləyib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və […]