--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan və Tacikistan Baş nazirləri Bakıda görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:52 1096 baxış

Əli Əsədov və Koxir Rasulzoda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də ölkəmizdə rəsmi səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüş keçirib.Görüşdə Azərbaycan-Tacikistan münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyi bildirilib. 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Tərəflər iki ölkənin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini də yüksək qiymətləndiriblər.Görüş zamanı ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. Qarşılıqlı ticarətdə müsbət dinamikanın müşahidə edildiyi qeyd edilib və mövcud potensialdan daha geniş istifadə imkanları nəzərdən keçirilib.Hökumətlərarası Birgə Komissiyanın, Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forumların iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb.Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Orta Dəhlizin Asiya ilə Avropa arasında əhəmiyyətli nəqliyyat marşrutlarından birinə çevrildiyi, Zəngəzur dəhlizinin isə regionun nəqliyyat imkanlarının genişlənməsinə əlavə şərait yaratdığı bildirilib.Energetika, xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanlar da nəzərdən keçirilib. Bundan başqa, dövlət xidmətləri, təhsil və mədəni-humanitar əlaqələr üzrə fikir mübadiləsi aparılıb.Tərəflər təhsil sahəsində imzalanmış razılaşmaların tələbələr üçün yeni imkanlar yaratdığını qeyd edərək, Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi barədə müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi üzrə komissiya yaradılır

Next Article

İlham Əliyev “Brookfield Asset Management” rəhbəri ilə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərtoğruldan Atatürkə, Atatürkdən Ərdoğana

Aysel Əlibəyli 12 İyul 2026 · 11:37 1140 baxış “Həqiqəti söyləmək asandır, onu başa salmaq çətindir”. – Rumi Bir zamanlar min iki yüz ilin axırıncı on illiyində qırx minlik qoşunla Osman Qazinin üçüncü oğlu Ərtoğrul […]

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1068 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:05 1086 baxış Prezident Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman […]