--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Rumıniya strateji tərəfdaşlığın inkişafını müzakirə edib

Aysel Əlibəyli 18 İyun 2026 · 18:54 1070 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Tərəflər son illərdə həyata keçirilən yüksək səviyyəli səfərlərin və intensiv siyasi dialoqun iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti ikitərəfli əməkdaşlığın genişləndirilməsində vacib platforma kimi qiymətləndirilib.Görüşdə enerji sahəsi Azərbaycan–Rumıniya münasibətlərinin əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Bununla yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Nəqliyyat, kommunikasiya, təhsil və əczaçılıq kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi məsələləri diqqət mərkəzində olub.Nazir Ceyhun Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda artan iqtisadi imkanları barədə məlumat verib. O, xüsusilə Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitin xarici investorlar üçün mühüm imkanlar açdığını vurğulayıb.Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Next Article

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qvineyada “ASAN xidmət” əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:24 1024 baxış Qvineyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində yeni addımlar atılıb Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti […]

Milli Məclis 14 qanun layihəsini müzakirəyə çıxarıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:06 1064 baxış İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilir. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Deputatlar iclas zamanı dövlət büdcəsinin icrası, […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1070 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1054 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]