--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1042 baxış

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüş zamanı Azərbaycan və Pakistan arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Kərim Vəliyev iki ölkənin strateji tərəfdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.Baş Qərargah rəisi müdafiə qurumlarının rəhbər heyətləri arasında keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.Pakistan nümayəndə heyətinin rəhbəri isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdıraraq qarşılıqlı səfər və görüşlərin iki ölkənin hərbi əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib.

Tərəflər hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, birgə təlimlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avqust ayının sosial ödənişləri tam ödənilib

Next Article

Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlərə viza proseduru sadələşdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni dəmiryol xətti çəkiləcək

Aysel Əlibəyli 24 İyul 2026 · 11:37 1072 baxış Zabrat–Maştağa–Bağlar dəmir yolu xətti yenidən istifadəyə veriləcək Elpress.az xəbər verir ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1054 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

ABŞ Konqresinin nümayəndəsi ANAMA-da olub

Aysel Əlibəyli 19 İyun 2026 · 18:46 1100 baxış ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) olub. Elpress.az xəbər verir ki, ANAMA-nın İdarə Heyətinin […]

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1026 baxış Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı […]