--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:34 1056 baxış

Reperin ölümünü təşkil etməkdə ittiham olunan Dueyn Kit Deyvisin işi üzrə ilk məhkəmə iclası keçirilib

Elpress.az xəbər verir ki, ABŞ-nin Nevada ştatında məşhur amerikalı reper Tupak Şakurun 1996-cı ildə öldürülməsi ilə bağlı məhkəmə prosesi başlayıb.İş üzrə “South Side Compton Crips” qruplaşmasının keçmiş rəhbəri Dueyn Kit Deyvis (“Keffe D”) ittiham olunur. İlk iclas zamanı ittiham tərəfi bildirib ki, Deyvis atəş açan şəxs olmasa da, qardaşı oğlunun döyülməsinə cavab olaraq Tupak Şakura qarşı hücumu planlaşdırıb.63 yaşlı Deyvis isə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, o, ömürlük həbs cəzası ilə üzləşə bilər.Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda avtomobildə olarkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. 25 yaşlı reper aldığı güllə yaralarından sentyabrın 13-də vəfat edib.Deyvis 2023-cü ildə saxlanılıb. Ondan əvvəl onun evində aparılan axtarış zamanı bir neçə kompüter, fotoşəkillərin olduğu qutular və Tupak Şakurla əlaqəli materiallar müsadirə edilmişdi.Qeyd edək ki, Deyvis həbsindən sonra Tupakın öldürülməsinin sifarişini məşhur reper Şon Kombsun (“P. Diddy”) verdiyini iddia edib. Bu iddia ilə bağlı isə ayrıca hüquqi qiymətləndirmələr mövcuddur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Next Article

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sem Nillin nədən öldüyü bəlli olub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:52 1076 baxış Meneceri Sem Nillin pnevmoniyadan vəfat etdiyini açıqlayıb Elpress.az xəbər verir ki , Yeni zelandiyalı məşhur aktyor Sem Nillin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib.Aktyorun meneceri […]

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Aysel Əlibəyli 07 İyul 2026 · 13:14 1106 baxış Müğənni İradə İbrahimova ailəsində baş verən ağır itki ilə bağlı kədərini ictimaiyyətlə bölüşüb. Elpress.az xəbər verir ki, sənətçinin xalası vəfat edib. İradə İbrahimova sosial şəbəkə hesabında […]

Elşad Xose haqqında ölüm iddiası yalan çıxdı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:04 1064 baxış Tanınmış reper Elşad Xosenin vəfat etməsi barədə sosial şəbəkələrdə yayılan şayiələrə cavab verildi Elpress.az xəbər verir ki, Sosial şəbəkələrdə tanınmış reper Elşad Xosenin dünyasını dəyişməsi ilə […]