Milyarder Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanova övladları ilə fotosunu paylaşdı
Elpress.az xəbər verir ki, Rusiyada çalışan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanovanın uşaqları ilə birgə fotosu sosial şəbəkələrdə yayılıb. Fotoşəkildə Alenanın milyarder iş adamından olan iki övladı yer alıb.Xatırladaq ki, Araz Ağalarov Xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova ilə uzunillik evliliyinə son qoyduqdan sonra Alena İvanova ilə ailə həyatı qurub. İctimaiyyətdən uzaq həyat sürməyə üstünlük verən cütlüyün nikahından iki övladının olduğu bildirilir.


