--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Arzumun taleyinə bu gün aydınlıq gətiriləcək – Hər iki tərəf apellyasiyaya müraciət edib

Aysel Əlibəyli 22 İyul 2026 · 13:03 1054 baxış

Elpress.az xəbər verir ki, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün Bakı Apellyasiya Məhkəməsində başlayır.

Məlumata görə, Arzum Bakı İstintaq Təcridxanasından konvoyun müşayiəti ilə məhkəməyə gətirilib. Onun yaxınları isə məhkəmə binasının qarşısına toplaşıblar.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin iyulun 2-də çıxardığı hökmə əsasən, İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmək və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi hökmün əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib. Vəkillər Arzumun qəzaya səbəbkar olmadığını iddia edir və onun barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər.

Bununla yanaşı, zərərçəkmiş tərəf də hökmdən narazıdır. Mərhum Amal Məlikovun həyat yoldaşı Sənubər Muradova Arzumun cəzasının ağırlaşdırılması üçün apellyasiya şikayəti təqdim edib.

Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi ötən ilin iyun ayında baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb. Mərhumun hüquqi varisi və həyat yoldaşı məhkəmə prosesində Arzumla barışmayaraq onun qanunauyğun şəkildə cəzalandırılmasını tələb ediblər.Arzumun məhkəmə zalında həbs olunması cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və ictimaiyyət nümayəndələri arasında geniş müzakirələrə səbəb olub. Hadisənin videogörüntülərini təhlil edən şəxslər Arzumun qəzadakı təqsiri ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Məhkəmə işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. İclasın nəticəsi ictimaiyyət tərəfindən maraqla gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabahın hava proqnozu açıqlandı

Next Article

Həbsxanaya narkotik aparan “kuryer pişik” tutuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Flora Kərimova xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 13 İyun 2026 · 21:34 1086 baxış Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən tibb müəssisəsinə yerləşdirilib. Elpress.az xəbər verir ki, tanınmış sənətçinin müalicə prosesi xüsusi diqqətdə saxlanılır. Bildirilir ki, Birinci […]

Hazal Kaya və Ali Atay Amsterdamda yeni həyata başlayırlar

Aysel Əlibəyli 12 İyul 2026 · 22:04 1048 baxış Türkiyənin tanınmış aktyor cütlüyü Hazal Kaya və Ali Atay Niderlandda yeni şirkət yaradaraq həyatlarını iki ölkə arasında davam etdirməyə hazırlaşırlar. Elpress.az xəbər verir ki, Türkiyənin məşhur […]

Flora Kərimovanın səhhəti ilə bağlı son məlumat

Aysel Əlibəyli 18 İyun 2026 · 14:01 1130 baxış Səhhətində yaranan problem səbəbindən tibb müəssisəsinə yerləşdirilən Xalq Artisti Flora Kərimovanın vəziyyəti stabildir. Elpress.az xəbər verir ki, sənətkarın köməkçisi Yaqub İmanovun Lent.az-a verdiyi məlumata görə, müalicə […]

Keçmiş aktrisadan peşmanlıq etirafı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:17 1028 baxış 28 yaşlı Lana Rouz övladının gələcəyi üçün şəxsi videolarını internetdən sildirməyə çalışır Elpress.az xəbər verir ki, Keçmiş böyüklər üçün film aktrisası, 28 yaşlı Lana Rouz gənclik […]