--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Türk dünyasının sazla danışan ustadı – Aşıq Əli Urfana ehtiram

Aysel Əlibəyli 07 İyul 2026 · 19:51 1128 baxış

Elpress.az xəbər verir ki, aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Əli Urfan təkcə mahir ifaçı deyil, həm də klassik aşıq məktəbinin dəyərlərini yaşadan ustad sənətkarlardandır.

Onun yaradıcılığında Yunus Əmrə ruhu, Qurbani ənənəsi, Aşıq Ələsgər hikməti və Bozalqanlı məktəbinin sənət nəfəsi öz əksini tapır. Bu baxımdan Aşıq Əli Urfan türk dünyasının ortaq mədəni yaddaşını yaşadan sənətkar kimi qiymətləndirilir.

Sənətkarın yaradıcılığının mühüm xüsusiyyətlərindən biri də klassik aşıq sənətinin ən çətin sınaqlarından sayılan qıfılbəndləri ustalıqla açmasıdır. Bu bacarıq onun təkcə saz ifaçısı deyil, dərin biliyə, məntiqə və ustadlıq səviyyəsinə malik sənətkar olduğunu göstərir.

Aşıq Əli Urfanın sevilməsinin əsas səbəbi isə onun səmimiyyətidir. O, səhnədə olduğu kimi, gündəlik həyatında da təbiiliyini qoruyur, sözü ilə əməli arasında fərq qoymur. Elə buna görə də dinləyicilər onun həm sazına, həm də şəxsiyyətinə böyük hörmət bəsləyirlər.

Aşıq Əli Urfan haqqında danışarkən yalnız güclü ifaçı deyil, həm də milli-mənəvi dəyərləri yaşadan, gənc nəsillərə örnək olan bir sənətkar obrazı ön plana çıxır. Onun sazı və sözü gələcək nəsillər üçün də aşıq sənətinin qiymətli irsi olaraq yaşayacaq.

“…Hansı dağdı zirvəsini qar alan,

Hansı düzdü çiçəkləri saralan…

Kimdi gedib özgəsinə yar olan?

Könüllərin sitəmini bir də çal,

Aşıq Əli, “Dilqəmi”ni bir də çal!”

(Xalq şairi Zəlimxan Yaqub)

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Next Article

Gəncədə yataqxanada yanğın: FHN hadisə yerində

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:02 1110 baxış Qəsrin tarixini və Abşeronun orta əsr müdafiə sistemini əks etdirən ekspozisiyada rəqəmsal texnologiyalardan istifadə olunub Elpress.az xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1128 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1150 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]