--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 112 baxış

Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri və milli mətbəx nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Tədbirin açılışı xüsusilə təsirli və duyğulu anlarla yadda qalıb. Azərbaycan dili Bazar günü məktəbinin 9 yaşlı şagirdi Məryəm Çobanova milli geyimdə səhnəyə çıxaraq Emin Sabitoğlunun musiqisinə, Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnını gitarada ifa edib və festival iştirakçılarına səmimi, xoş ovqat bəxş edib.Daha sonra festivalın təşkilatçıları, Praqa 6 rayonunun meri Yakub Starek, rəsmi şəxslər və iştirakçı ölkələrin səfirləri qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar. Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev ziyarətçiləri Azərbaycan pavilyonuna dəvət edərək onları ölkəmizin zəngin mədəniyyəti, milli mətbəxi, ənənəvi təamları və məşhur nar şərabı ilə tanış olmağa çağırıb.Gün ərzində Çexiya paytaxtının minlərlə sakini və şəhər qonağı festivala baş çəkib. İş adamları Ceyhun Babayev, Oqtay Hacıyev və Gülnarə Əlizadənin hazırladığı Azərbaycan guşəsi ən çox maraq göstərilən və ən canlı məkanlardan birinə çevrilib. Ziyarətçilər Azərbaycan mədəniyyəti ilə böyük maraqla tanış olub, kabab, qutab, milli şirniyyatlar, nar şərabı və digər ənənəvi təamların dadına baxıblar.Festival növbəti dəfə mədəni müxtəlifliyin, qarşılıqlı anlaşmanın və xalqlar arasında dostluğun parlaq təntənəsinə çevrilib. Azərbaycanın tədbirdə iştirakı ölkəmizin zəngin mədəni irsini, qonaqpərvərlik ənənələrini və milli mətbəxinin rəngarəngliyini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm rol oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Next Article

İsrailin mərkəzində atışma

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 100 baxış Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib. […]

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Aysel Əlibəyli 07 İyul 2026 · 22:35 22 baxış Mübahisələr yaradan dahi: Robert Haynlaynın əsərləri niyə etirazlarla qarşılaşırdı? Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Bu gün dünya elmi fantastika ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biri, “ABŞ […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 78 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]