--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 1078 baxış

Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib.

Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından irəli gələn məqsəd və hədəflər əsasında “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı silsilə seminarlar layihəsinə start verib.Layihənin ilk seminarı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası-da keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini, Rafael Hüseynov geniş məzmunlu məruzə ilə çıxış edərək dilin milli kimliyin formalaşmasında əsas rol oynadığını vurğulayıb və mövzunun elmi-nəzəri aspektlərini ətraflı şəkildə şərh edib.Çıxış edən Kərim Tahirov isə bildirib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkənin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən mühüm sənəddir. Onun sözlərinə görə, bu sənəd təkcə mövcud dövrün deyil, həm də gələcək nəsillərin mədəni düşüncə tərzinin və estetik zövqünün formalaşmasına xidmət edən uzaqgörən bir yanaşmadır.O qeyd edib ki, konsepsiya mədəniyyətə sistemli yanaşma təqdim edir və Azərbaycan mədəniyyətinin əsas sahələrini — Azərbaycan dili, ədəbiyyat, incəsənət, davranış və bilik mədəniyyəti, eləcə də mədəni irs istiqamətlərini əhatə edir. Sənəddə Azərbaycan dili və ədəbiyyatının ilk dəfə olaraq mədəniyyətin aparıcı sütunlarından biri kimi müəyyən olunması isə xüsusi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

UEFA Superkubokunun finalını idarə edəcək hakim müəyyənləşib.

Next Article

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Aysel Əlibəyli 12 İyul 2026 · 21:12 1026 baxış İyulun 12-si İntibah dövrünün görkəmli humanisti, filosofu və yazıçısı Rotterdamlı Erazmın anım günüdür. Elpress.az Kulis.az-a istinadən bildirir ki, İntibah dövrü humanizminin banilərindən biri hesab olunan holland […]

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1046 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

Şuşada “Kitab dayanacağı” istifadəyə verildi

Aysel Əlibəyli 20 İyul 2026 · 17:03 1022 baxış Şuşada günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” açıldı Elpress.az xəbər verir ki, Şuşada şəhər sakinləri və qonaqları üçün günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verilib.”Azercell […]